"Mançester Yunayted"də baş məşqçi vəzifəsinə əsas namizəd bəlli olub.

Offsideplus.az xəbər verir ki, Qaret Sautqeyt "qırmızı şeytanlar"ı çalışdıra bilər. Mütəxəssis bu vəzifəyə əsas namizəddir.

Lakin İngiltərə milli komandasının sükanı arxasında olan Sautqeytin "Mançester Yunayted"ə gəlməsi üçün Avropa Çempionatının başa çatmasını gözləmək lazım olacaq.